Rüstəm İbrahimbəyov vəfat edib

Sizin brauzer HTML5-i dəstəkləmir

Rüstəm İbrahimbəyov "Milyarderlər İttifaqı" barədə danışır (2012)

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, yazıçı, ssenarist, müxalifətdə olan Demokratik Qüvvələrin Milli Şurasının keçmiş sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə vəfat edib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Azərbaycanda doğulan 83-yaşlı yazıçı son dönəmlər Rusiyada yaşayırdı. Onun ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi 1994-cü ildə ən yaxşı xarici dilli film kimi "Oskar" mükafatina layiq görülüb. Onun ssenarisi əsasında başqa da bir çox filmlər çəkilib.