Rusiyada miqrantların ötən il üzləşdikləri problemlər fotolarda
Bir polis əməkdaşının yaralanması ilə nəticələnmiş hücumdan sonra Moskva bazarlarında aparılan reydlərdə yüzlərlə miqrant saxlanıb. İyul 2013.
Moskvada tikintidə çalışan miqrantlar polisin reydlərindən az əvvəl. Yanvar 2013
Tikintidə çalışan miqrant fəhlələr kilsədə dini ayini seyr edirlər. May 2013
Keçmiş Çerkizov bazarının yerində qurulmuş qanunsuz miqrantlar üçün düşərgəni mühafizə edən polis əməkdaşı. Moskva rəhbərliyi qanunsuz əməllərdə ittiham edərək bu bazarı 2009-cu ildə bağlamışdı. Avqust 2013
Moskva yaxınlığında qurulmuş qanunsuz miqrantları saxlama məntəqəsində Vyetnamdan olan işçilər. Avqust 2013
Polisin Moskva bazarlarında apardığı reydlərdə saxlanan miqrantlar. Avqust 2013
Sibirdə Krasnoyarsk şəhərində polisin bazarda apardığı reydlərdən birində miqrantlar avtobusa doldurulur. Avqust 2013
Yay aylarında saxlanan və əsasən Orta Asiyadan olan miqrantlar şikayət edirlər ki, Rusiyada qalmağa hüquqi statusları olsa da onlar döyülür, ayrıseçkiliyə məruz qalırlar.
Soçidə Qış Olimpiya Oyunları üçün aparılan tikintiyə cəlb edilmiş miqrantlar da kütləvi şəkildə həbs edilib.
Krasnoyarsk şəhərində polis əməkdaşı deportasiyadan öncə telefonla danışan miqrantı gözləyir. Sentyabr 2013
Krasnoyarskda polis idarəsində dəmir barmaqlıq arxasında saxlanan miqrantlar blank doldururlar. Sentyabr 2013
Soçi yaxınlığında Olimpiya Oyunları üçün aparılan tikintidə çalışan miqrant fəhlələr. Sentyabr 2013
Miqrantların bir nəfər rusu öldürməsi barədə xəbərdən sonra Moskvada Biryuza bazarı yaxınlığında kütləvi etiraz aksiyasında polis aranı sakitləşdirmək üçün həbslər aparır. Bu hadisə Rusiya paytaxtında zorakılıqlara səbəb olmuş, maşınlar çevrilmiş, binaların şüşələri sındırılmışdı.
İki gün ərzində polis Moskvada tərəvəz bazarında 1200 miqrantı həbs etdi.
Moskva ətrafında Federal Miqrasiya Xidmətindən iş icazəsi almaq üçün növbəyə düzülmüş miqrantlar. Oktyabr 2013