Kimsəsiz "QULAQ" düşərgələri

Quş uçuşu hündürlüyündən Çukot yarmadasına açılan mənzərə.

Atılmlş şaxta

QULAQ məhbuslarının işlədikləri uran yatağı.

Atılmış şaxtanın yanında daş qalaqları. Burada məhbuslar tək uran deyil həm də qalay filizi çıxarırdılar.

Çukotkanın Çuan rayonu ilə QULAQ düşərgələrinin yerləşdiyi yerin arasında olan və xarabalığa çevirilmiş keçid məntəqəsi.

Şaxta və əmək düşərgələri üzərində nəzarəti Dalstroy həyata keçirirdi. Bu qurum 1931-ci ildə NKVD tərəfindən Çukotka və Maqadan vilayətində faydalı qazıntıların hasilatına nəzarət etmək üçün yaradılmışdı
 

Dalstroy Kolım diyarında 80-ə yaxın əmək düşərgəsi yaratmışdı. 1951-ci ildə bu qurumun fəaliyyət göstərdiyi ərazi 3 milyon kvadrat kilometr təşkil edirdi.

Pevekin şərqində yerləşən şaxtalar kompleksi. Uran hasilatının 1950-ci illərdə dayandırılmasına baxmayaraq burada radiasiya səviyyəsi bu günədək yüksəkdir 

QULAQ düşərgələrinin birində yerləşən otaq. Pevek muzeyinin ekspozisiyası

QULAQ dustaqlarının şəxsi əşyaları muzeydə. Çukotkadakı dustaqların arasında koreyalılar, almanlar, polyaklar, ukraynalılar və yaponlar əksəriyyət təşkil edirdilər. Əgər onlar dövlətə xəyanətə görə məhkum edilmişdilərsə əmək düşərgələrində 25 ilədək qala bilərdilər 
 

1954-1956-cı illərdə QULAQ dustaqlarının əksəriyyəti amnistiya olunmuş Çukotka şaxtaları isə qapadılmışdir.