Azərbaycanda yeni lou-kost - 'Pobeda'

Rusiyanın low-cost təyyarəsi "Pobeda"

Azərbaycanın aviadaşıma bazarına daha bir aşağı büdcəli sərnişindaşıma xidməti (lou-kost) daxil olub. Bu Rusiyanın “Pobeda” şirkətidir.

Bu haqda “Turan” İnformasiya Agentliyi Dövlət Mülki Aviasiya Administrasiyasına (DMAA) istinadən xəbər verir.

“Pobeda” oktyabrın 31-dən Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

Xəbərdə bildirilir ki, “Pobeda” oktyabrın 31-dən Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

Uçuşların həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetirilməsi planlaşdırılır.

Buna da bax:​ Təbrizdən Bakıya aviareys açıla bilər

Bu, Azərbaycana uçuşlar yerinə yetirən beşinci lou-kosterdir. Hazırda ölkəyə belə flydubai, WizzAir, Pegasus və airBaltic aviaşirkətləri uçuşlar həyata keçirir

Dövlət Mülki Aviasiya Administrasiyası həmçinin, ölkə regionlarına uçuşlara başlanılmasından ötrü bir sıra aviaşirkətlər ilə danışıqları davam etdirdiyini bildirir.