Ilnur N. adlı şəxs 2020-ci il oktyabrın əvvəlindən Rusiya xüsusi xidməti üçün işləməkdə şübhəli bilinir
Almaniya hakimiyyəti pul qarşılığında ölkənin bir universitetindən Moskvaya həssas informasiya ötürməkdə ittiham olunan rusiyalını həbs edib.
Ilnur N. adlı şəxs 2020-ci il oktyabrın əvvəlindən Rusiya xüsusi xidməti üçün işləməkdə şübhəli bilinir.
Federal prokurorluq onun iyunun 18-də saxlandığını bildirir.
Şübhəlinin Almaniyada adı açıqlanmayan universitetdə elmi və texniki professor köməkçisi işlədiyi qeyd olunur.
Məlumata görə, o, 2020-ci ilin oktyabrından 2021-ci ilin iyununadək azı üç dəfə Rusiya xarici gizli xidmətinin üzvü ilə görüşüb, görüşlərin azı ikisində nağd ödəniş əvəzində informasiya ötürüb.