Rusiyadan Ermənistana qaçan Sergey: 'Mən rus fərarisiyəm'
Sizin brauzer HTML5-i dəstəkləmir
Bir neçə həftə əvvəl Rusiyadan Ermənistana qaçan 34-yaşlı Moskva sakini Sergey Rasoxinin hekayəsi triller filmlərini xatırladır. Ordudan qaçış, iki illik gizli həyat və ardınca gələn həbs...
Sergey iki il əvvəl maliyyə problemlərini həll etmək üçün orduda avtomobil mexaniki kimi çalışmaq qərarına gəlir və müqavilə imzalayır. Lakin maşın təmiri əvəzinə birbaşa döyüş xəttinə göndəriləcəyini öyrəndikdə qaçmağa qərar verir.