Rusiyada təyyarə qəzasında 9 nəfər həlak olub

Qəzaya uğrayan təyyarə

İyunun 19-da Rusiyanın Kemerov vilayətində göyərtəsində idmançı-paraşütçülər olan Le L-410 markalı təyyarə qəzaya uğrayıb. Vilayətin Tanay hava limanında baş verən qəzada ən azı 9 nəfərin həlak olduğu xəbər verilir. Bu barədə istintaq komitəsinin regional bölməsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təyyarə məşq uçuşları həyata keçirirmiş. Bu zaman təyyarənin komandiri mühərriklərdən birinin sıradan çıxdığını deyib. Təyyarə geri hava limanına eniş etmək istəyərkən qanadı ağaclara toxunub və yerə düşüb.

İstintaq komitəsinin ilkin məlumatında təyyarədə 12 nəfərin olduğunu və qəza zamanı 4 nəfərin həlak olduğu bildirilib. Amma növbəti araşdırmalardan sonra məlum olub ki, təyyarənin göyərtəsində 19 nəfər olub və qəza nəticəsində ikisi pilot olmaqla 9 nəfər həlak olub.

Hadisədən sonra hava limanının bağlandığı bildirlir.