Rusiya müdafiə nazirliyinin 3 təyyarəsinin Venesuelanın paytaxtı Karakasa endiyi bildirilir.
Təyyarələrdən 2-si İL-62, biri isə dünyada ən iri nəqliyyat təyyarələrindən olan An-124-dür.
Sosial şəbəkələrdə uçuş və eniş zolağından foto və videoplar peyda olub.
Hoy #23Mar llegaron al aeropuerto de Maiquetía una comitiva de 99 militares rusos, al mando del ministro de la Defensa del país mayor gral Vasilly Tonkoshkurov. Fueron recibidos en rampa presidencial por la VA Marianny Mata #MaduroRegime @marcorubio pic.twitter.com/4plFmxjazM
— RT Noticias Venezuela (@RTnoticiasVE) March 24, 2019
Altri russi in Venezuela. Si parla di 100 uomini guidati da generale Vasily Tonkoshkurov. Forze speciali o contractors. Via Defence Blog and CNW. pic.twitter.com/xUdVxd8a05
— guido olimpio (@guidoolimpio) March 24, 2019
Yerli “Noticiera Digital” nəşrinin məlumatına görə, Venesualaya 99 Rusiya hərbçisi və ya Rusiya quru qoşunlarının baş qərargah rəisi general Vasili Tonkoshkurovun başçılığı ilə özəl hərbi şirkətin döyüşçüləri göndərilib.
Bu barədə Venesuala hadisələrini işıqlandıran bloggerlər də yazırlar.
Amma bu məlumat hələ ki, başqa mənbələr tərəfindən təsdiqlənməyib.Həmçinin Rusiyanın müdafiə nazirliyi hələ ki, bu məlumatı şərh etməyib.
Məlumata görə bu təyyarələr Karakasa Suriyadan Dakar vasitəsi ilə gəliblər.
Amma bu təyyarələrin nə üçün gəlməsi barədə məlumat verilmir.
Qeyd edək ki, müxalifət lideri Juan Guaido bu iin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.
Reuters agentliyi bundan sonra, prezidentliyini qorumağa çalışan Nicolas Maduronu müdafiə etmək üçün Karakasa bir neçə yüz döyüşçü göndərilməsi barədə məlumat yaymışdı.
Amma Rusiya qüvvələrinin Venesuelada iştirakını təsdiqləmək hələ ki, mümkün olmayıb.
Artıq 3-cü aydır ki, Venesuelada Guaido ilə Maduronun tərəfdarları arasında qarşıdurma yaranıb.
Buna da bax: ABŞ və Rusiya Maduro barəsində razılığa gələ bilmədilər
Bir daha qeyd edək ki, müxalifət lideri və parlamentin sədri Juan Guaidobu bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib və ABŞ, Kanada, bir çox Latın Amerikası və Avropa ölkələri onun legitimliyini qəbul edib.
Rusiya, Çin və Kuba kimi ölkələr isə bu münaqişədə Maduro rejiminin tərəfini saxlayırlar.