Oktyabrın 26-na keçən gecə və bu gün səhər Ukrayna dronlarının Rusiyanın Voronej şəhərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 17 nəfər yaralanıb. Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat verib. Onun sözlərinə görə, yaralıların çoxu Voronej ətrafında hərəkət edən və üzərinə dron qalıqları düşən qatarın sərnişinləridir.
Rusiya rəsmiləri Voronej vilayəti səmasında Ukraynaya məxsus 113 dronun vurulduğunu bildiriblər.
Rusiya qoşunları isə ötən gecə Ukraynanın Zaporojye şəhərinə hava zərbələri endirib; azı 4 nəfər yaralanıb və çoxsaylı dağıntılar qeydə alınıb.
Eyni zamanda, Rusiyanın Çerniqov vilayətinə də zərbə endirdiyi və xəsarət alanların olduğu barədə məlumatlar yayılıb.
Rusiya hərbçiləri Xmelnitski vilayətinin Kamenets-Podolski rayonundakı enerji obyektinə də hücum ediblər. Bu zərbə nəticəsində elektrik enerjisinin təchizatında qəza səbəbindən fasilələr yaranıb.