Rusiyaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb

Rusiya - Su-30 qırıcı təyyarəsi

Təyyarənin göyərtəsində olan iki pilot həlak olub.

Avqustun 12-də Kalininqrad vilayətində təlim missiyası zamanı Rusiyaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi qəza nəticəsində təyyarənin göyərtəsində olan iki pilotun həlak olduğunu bildirib.

Nazirliyin açıqlamasına görə, təyyarə Su-30 olub və boş əraziyə düşüb. Bildirilir ki, qəzaya səbəb texniki nasazlıq olub.

Buna da bax: Rusiya Krım körpüsünə hücumu pisləyib

AzadlıqRadiosunun Rusiya xidməti yazır ki, Ukraynadakı müharibə zamanı geniş şəkildə istifadə edilən Su-30 döyüş təyyarəsi hava hədəflərini məhv etmək, hava məkanına nəzarət etmək və havadan kəşfiyyat aparmaq üçün nəzərdə tutulub.