“Nastoyaşeye Vremya”nın saytı Rusiyada bloklandı

Rusiya, Roskomnadzor

AzadlıqRadiosu-nun Amerikanın Səsi ilə birgə layihəsi olan “Nastoyaşeye Vremya”nln saytı Rusiyada bloklanıb.

İndi saytın materiallarına VPN vasitəsilə, yaxud sosial şəbəkələrdə çıxış əldə etmək olar.

Google Play və App Store-da isə VPN-li “Nastoyaşeye Vremya” tətbiqi yükləməklə materiallarla tanış olmaq olar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukraynadakı pivə zavodi "Molotov kokteyli" istehsalına keçdi

Roskomnadzor daha öncə vebsaytın redaksiyasına məktubunda “Ukrayna ərazisində guya öldürülən, yaxud əsir götürülən Rusiya hərbçiləri haqda ictimai əhəmiyyətli informasiyanın” yerləşdirilməsini “qanun pozuntusu” adlandırmışdı.

“Göstərilən etibarsız məlumatların və Rusiya Federasiyası vətəndaşlarının şəxsi məlumatlarının yayılması ictimai qaydanın və ictimai təhlükəsizliyin pozulması təhdidi yaradır”, – məktubda deyilirdi.

Roskomnadzor informasiyanın pozulmasını tələb etsə də, “Nastoyaşeye Vremya” buna getməyəcəyini bildirib.

Buna da bax: Danışıqlar başladı

***

Roskomnadzor Ukrayna ərazisində baş verənləri müharibə adlandırdığına görə "Novaya qazeta", "Mediazona" , "Dozhd" (Rusiya bu qurumları xarici agent media kimi tanıyır) və digər KİV-lərdən materialların çıxarılmasını tələb edib.

Müvafiq nəşr bildirişləri bu gün alıblar. Eyni bildiriş AzadlıqRadiosunun Krım.Realii rusdilli layihələrindən birinin redaktorları tərəfindən də alınıb.

“Bu göstərilən resurslarda etibarlı mesajlar adı altında Rusiya Silahlı Qüvvələrinin Ukrayna şəhərlərini atəşə tutması və Ukraynada dinc əhalinin həlak olması ilə bağlı reallığa uyğun gəlməyən sosial əhəmiyyətli məlumatlar var. Həçinin həmin matreallarda Rusiya Ordusunun apardığı əməliyyatlar hücum, işğal və ya müharibə elan edilməsi adlandırılır”, - redaksiyalara göndərilən tələbdə deyilir.

Buna da bax: Tanınmış rusiyalılar mühacirətdə antimüharibə komitəsi yaratdılar

AzadlıqRadiosunun prezidenti Ceymi Flay bildirib ki, media korporasiyası Roskomnadzorun əmrini yerinə yetirməyəcək:

"Kremlin təhdidləri Vladimir Putinin Ukraynaya qarşı elan etdiyi müharibə zamanı insan itkiləri ilə bağlı dəhşətli faktları gizlətmək cəhdidir. Rusiyalıların bu gün həmişəkindən daha çox Ukraynada baş verənlərlə bağlı dürüst məlumatımıza ehtiyacı var. Onlar Ukrayna siyasətçilərinin və sadə vətəndaşlarının müharibə haqqında nə düşündüklərini öyrənməli, Putin hökumətinin hərəkətləri nəticəsində yaranan ölüm və dağıntıların şəkillərini görməlidirlər".

"Novaya qazeta" nın xəbərinə görə, onlardan da "Sindikat-100" media asossiasiyasına daxil olan müstəqil media qurumlarında Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirməsi ilə bağlı dərc etdiyi məlumatları, o cümlədən nəşriyyatın baş redaktoru, Nobel mükafatı laureatı Dmitri Muratovun müraciətini silməyi tələb ediblər. Əks halda nəşr bloklanmaqla hədələnir.

Bundan əvvəl Rusiya hakimiyyəti KİV-dən Ukrayna ilə bağlı ancaq rəsmi məlumatlara istinad etməyi tələb ediblər. Qaydanı pozanları cərimələrin tətbiq olunacağı və ya nəşrlərin bloklanacağı xəbərdarlığı edilib.