Kreml TRIPP-ə qırmızı xətt çəkdi – 'Layihənin gələcəyi dumanlıdır'
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan ərazisindən keçəcək TRIPP ("Tramp marşrutu") layihəsinin Rusiyasız reallaşması qeyri-mümkündür. Nazir müavini Mixail Qaluzin vurğulayıb ki, Yerevan bu məsələdə mütləq Rusiya və Avrasiya İqtisadi İttifaqının (Aİİ) mövqeyini nəzərə almalıdır. Rusiyalı diplomatın sözlərinə görə, ABŞ-nin regiondakı fəallığı İran və Çin tərəfindən də narazılıqla qarşılanacaq. O, layihənin icra perspektivlərinin dumanlı olduğunu əlavə edib.
Keçmiş diplomat Nahid Cəfərov da TRIPP-in gələcəyinə şübhə ilə yanaşır. Ekspert hesab edir ki, ABŞ-də hakimiyyətə demokratlar gələrsə, adında Trampın imzası olan bu layihəni dəstəkləməkdə maraqlı olmayacaqlar.