20 milyon rusiyalı təcili yardıma sürətli çıxışa malik deyil

Rusiyada təcili yardım maşını, arxiv foto

Təcili yardım, müraciətdən 20 dəqiqəyə çağırılan ünvanda olmalıdır. Rusiya Səhiyyə Nazirliyinin əmrində belə deyilir.

Amma bu məsələ ilə bağlı "Mühüm hekayələr" nəşrindəki araşdırmada qeyd olunur ki, ölkədə 20 milyon vətəndaşın təcili yardım həkimlərinin xidmətlərindən sürətli istifadə etmək imkanı yoxdur.

Rusiya Statistika komitəsinin məlumatına görə, rəyi soruşulanların 54 faizə qədəri 2020-ci ildə təcili yardım həkimlərini müraciət edəndən sonra 20 dəqiqədən çox müddətə gözləyiblər.

Koronavirusa qədər, 2018-ci ildə belə adamların 39 faiz təşkil edib. Rosstatkomun məlumatına görə, daha çox gözləmələr əhalisi az olan yaşayış məntəqələri üzrə müşahidə olunub.

Əhalisi 500 min -1 milyona qədər olan şəhərlərdə təcili yardıma müraciət edənlərin 70 faizi 20 dəqiqədən çox gözləməli olub. Bütün kəndlər üzrə gözləmələr isə 45 dəqiqədən 1 saata qədər uzanıb.