Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün, martın 30-da bir sıra kütləvi informasiya vasitələri (KİV) üçün brifinq keçirərək, bəzi fikirlər səsləndirib.
“Turan” Agentliyinin xəbərinə görə, o, ayrı-ayrı KİV-lərin Rusiya sülhməramlılarının Qarabağdan Ukraynaya göndərilməsi haqqında məlumatlarını təkzib edib.
Martın 28-də Rusiyanın "Rossiya 1" telekanalında Azərbaycanı bombalamağa çağırdığı bildirilən Dövlət Dumasının deputatı Mixail Delyaginin qalmaqal yaradan açıqlamasını şərh edən səfir deyib ki, bu fikir Moskvanın rəsmi mövqeyini əks etdirmir və Kreml, Xarici İşlər Nazirliyi tərəfindən artıq tənqid edilib.
"Hesab edirəm ki, bu qəbuledilməzdir və Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir", deyə diplomat qeyd edib.
O, Azərbaycan və Rusiya arasında quru sərhədinin açılmasının tərəfdarı olduğunu bildirib.
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanın Rusiya ilə quru sərhədi iki ildir ki, bağlanıb.
Buna da bax: Azərbaycan Delyaqini beynəlxalq axtarışa veribXatırlatma
Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən tacavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.
Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.
Amma Azərbaycan bu sanksiyalara qoşulmur.