Rusiya dörd qitələrarası raketin atış sınağını keçirib

Yuri Dolqoruki nüvə sualtı gəmisi

Rusiya donanması bildirib ki, ölkənin şimal-qərb sahilində nüvə sualtı gəmisi 4 qitələrarası ballistik raketi ilə sınaq atəşi açıb.

Məlumatda deyilir ki, Moskvanın əsasını qoymuş knyaz Yuri Dolqorukinin adını daşıyan sualtı qayıqdan mayın 22-də Bulava raketləri atılıb. Bu da deyilir ki, gəmi Ağ dənizdə raketləri atarkən suyun altında idi.

Donanma xəbər verir ki, saxta döyüş başlıqları olan raketlər Rusiyanın əks qurtaracağında, şərqi Kamçatka yarımadasındakı Kura poliqonunda hədəfləri dəqiq vurub.

Bu təlim zamanı ilk dəfə olaraq dörd Bulava raketi eyni vaxtda atılıb. Bu raketlər çoxsaylı nüvə döyüş başlıqlarını 9300 kilometrlik məsafəyə çatdıra bilir.

Yuri Dolqoruki gəmisi Rusiya donanmasının üç yeni Borei tipli üç sualtı qayığından biridir.