Rusiyada alver ölür, müflis olanların sayı kəskin artır

İllüstrasiya

Rusiyada müflis olma halları rekord səviyyəyə yaxınlaşıb.

2015-ci ilin böhran göstəricilərini üstələyib. Yalnız 2009-cu ilin tarixi maksumumundan azca geri qalır.

Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi bildirir ki, bu ilin üçüncü rübündəki müflis olma halları ikinci rüblə müqayisədə 3 faiz artıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə isə 12,4 faiz artma müşahidə edilir.

İqitsadçılar hesab edirlər ki, bunun əsas səbəbi odur ki, müştərilərin tələbatı zəifləyib. Ölkə əhalisinin gəlir səviyyəsi 12 rüb dalbadal azalmaqdadır. Statistika Komitəsinin məlumatına görə, təkcə bu ilin əvvəlindən ölkə əhalisinin gəlirləri 1,2 faiz azalıb.

Buna da bax: Rusiyada pensiyaçı olmaq: 'uşaqlar yardım etməsə yaşaya bilmərik'

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiyada pensiyaçı olmaq: 'uşaqlar yardım etməsə yaşaya bilmərik'