Rusiya hökuməti qeyri-dost ölkələrin siyahısını müəyyənləşdirib. Siyahıya ABŞ, Ukrayna, Aİ üzvləri, eləcə də Britaniya, Kanada, Yaponiya və İsveçrə daxil daha 19 ölkə salınıb.
Qərarda deyilir ki, bu siyahıdakı ölkələri əhatələyən xarici kreditorlar qarşısında öhdəlikləri olan Rusiya şirkətləri və vətəndaşları onlarla rublla haqq-hesab çəkə bilərlər.
Buna da bax: Müharibənin səbəb olacağı ərzaq böhranı – Qərb mediasıÖtən ilin mayında bu siyahıya yalnız ABŞ və Çexiya salınmışdı.
“Qeydi-dost” ölkə termini Rusiya qanunvericiliyinə ötən ilin aprelində salınıb. O zaman Prezident Vladimir Putinin imzaladığı sərəncamda deyilirdi ki, həmin ölkələrin diplomatik təmsilçiliklərinin Rusiya ərazisində başqa ölkələrin vətəndaşlarını işə götürməsi qadağan edilə bilər.
Buna da bax: Rusiya iqtisadiyyatına cəza bombaları yağır150 jurnalist Rusiyadan gedib
“Agentstvo” nəşri isə Ukraynaya təcavüz başlayandan azı 150 jurnalistin Rusiyanı tərk etdiyini hesablayıb.
Əsas səbəb Rusiyada hərbi senzuranın tətbiqidir. Rusiya prezidenti martın 4-də “Rusiya ordusu barədə feyklər” haqqında qanunu imzalayıb. Bundan sonra BBC-nin Rusiya xidməti bu ölkədə fəaliyyətini dayandırıb, Rusiyadan kənarda fəaliyyət göstərəcək. “Novaya qazeta” Rusiyanın Ukraynaya hücumu barədə materialların silindiyini elan edib, “The Bell” münaqişəni işıqlandırmağı dayandırıb.
Buna da bax: Rusiyada müstəqil medianın kökünü kəsirlər. 'Saxta' xəbərə görə 15 il“Nastoyaşeye Vremya”, “Meduza”, ВВС, DW, AzadlıqRadiosu-nun rusdilli layihələrinin saytları bloklanıb. “Exo Moskvı”, “Dojd”, “Colta”, digər media orqanları fəaliyyətini dayandırıb.
Rusiyada bir neçə gün ərzində ordunun nüfuzdan salınmasıyla bağlı onlarla administrativ iş açılıb.