'2 milyon azərbaycanlının çörək ağacı' - Rusiya iqtisadiyyatı çökürmü?

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna Rusiyanın enerji sektoruna ardıcıl zərbələr endirməkdə davam edir. Bu hücumlar fonunda Moskvanın iqtisadi sabitliyi qorumaq imkanları ciddi təhlükə altındadır. Bəs bir çox azərbaycanlının onilliklərdir dolanışıq mənbəyinə çevrilən Rusiya iqtisadiyyatı həqiqətənmi çökür? "Əslində" bu suala cavab tapmağa çalışıb.