Rusiya istəyir ki, İngiltərə və Fransa daha geniş nüvə danışıqlarına qoşulsun

Nüvə başlıqları daşıyan raketlər, Çində hərbi parad, 1 oktyabr 2019

Rusiya istəyir ki, ABŞ-la nüvə danışıqlarına Böyük Britaniya ilə Fransa daha geniş şəkildə qoşulsun.

Moskva hesab edir ki, Vaşinqton nüvə silahlarına nəzarət məsələsinə dair danışıqlara daha çox Çini cəlb etməyə çalışdığı bir vaxtda bu iki ölkəni unutmamalıdır.

Belə bir təkliflə Rusiyanın ABŞ -dakı səfiri Anatoli Antonov çıxış edib.

"Bu məsələ Londonun son vaxtlar nüvə başlıqlarının səviyyəsini 40 % - 260 ədəd artırma qərarı fonunda xüsusi aktuallıq qazanıb" deyə rusiyalı diplomat bildirib.

O, bu sözləri ABŞ və Rusiya yüksək çinli rəsmilərinin nüvə silahlarına nəzarətlə bağlı Cenevrədə aparılan danışıqlardan bir gün sonra deyib.

İnterfaks agentliyinin məlumatına görə, müzakirələrdə iştirak edən Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Vaşinqton istəyir ki, nüvə silahlarına nəzarət danışıqlarında daha çox Çini geniş danışıqlar prosesinə cəb eləsin.

ABŞ və Rusiya dünyanın nüvə silah arsenalının təxminən 90 faizinə sahibdirlər.