Rosselxoznadzor (Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti) Ermənistan baytarlıq xidmətindən Rusiyaya süd məhsullarının tədarükünü dayandırmağı xahiş edib.
Qurum bu barədə martın 31-də məlumat yayıb. Rusiya iddia edir ki, Ermənistan “öz süd məhsullarının Rusiya alıcıları üçün təhlükəsizliyinə zəmanət verə bilməz”.
Buna da bax:
Rusiya Yerevanın Haaqa məhkəməsinə qoşulmasını ‘yolverilməz’ sayırXidmət martın 20-24-də keçirilmiş auditin nəticələrinə istinad edib. Xəbərdə qeyd olunduğuna görə, həmin vaxt məlum olub ki, Ermənistan istehsalçıları “Rusiyanı təchiz etmək hüququ olmayan İran müəssisələrinin xammalından istifadəyə icazə verirlər”.
O da qeyd olunur ki, Rosselxoznadzor Ermənistanın baytarlıq xidmətinə 2023-cü il aprelin 5-dən ölkədəki bütün müəssisələrdən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə müraciət edib.
Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi orqanı bəyan edib ki, xammal təhlükəsizdir və ondan hazırlanan məhsullar ölkənin daxili bazarında da satılır.
AzadlıqRadiosunun Rus xidməti "Svoboda" vurğulayır ki, Rosselxoznadzor yoxlamanın nəticələrini martın 28-də, Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) müəyyən etdiyi öhdəlikləri tanımasından bir neçə gün sonra dərc edib.
Buna da bax:
Ermənistan Putini həbs edə biləcək?Onların fikrincə, Rusiya prezidenti Vladimir Putin ölkəyə gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edilməli olacaq.
Moskva Ermənistanın belə bir addımını “qəbuledilməz” adlandırıb və nəticələri ilə hədələyib.
Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə martın 17-də order verib. Məhkəmə onu hərbi cinayətlər törətməkdə şübhəli bilir:
Ukraynanın işğal olunmuş ərazilərindən əhalinin, xüsusən də uşaqların məcburi deportasiyası və köçürülməsi. İndi Putin məhkəmənin işində iştirak edən 123 ölkədə həbs oluna bilər.