Putin həqiqətən ordusunu Ermənistandan çıxarmağa hazırlaşır?
Sizin brauzer HTML5-i dəstəkləmir
Siyasi ekspert Ruben Mehrabyan hesab edir ki, Vladimir Putinin "Ermənistan istəsə, hərbi bazanı sabah da çıxara bilərik" açıqlaması siyasi manipulyasiyadır. Təhlilçi vurğulayır ki, Nikol Paşinyan hərbi bazadan deyil, Ermənistan dəmir yollarının idarəetməsini Rusiyadan geri almaqdan danışıb. Putin isə bu bəyanatı ilə mövzunu dəyişir: "Paşinyan baza haqqında heç bir söz deməyib, o, dəmir yolundan danışıb. Putin isə deyir ki, Yerevan istəsə, bazanı hətta sabah çıxara bilər. Halbuki Ermənistan məhz dəmir yolu sazişindən çıxmaq istəyir. Putin oradan çıxırmı? Xeyr, çıxmır".