T.Xzmalyan: Ermənistan Rusiyanın quberniyasına çevrilib

Rusiyanın S-300 hava hücumundan müdafiə qurğusu

►"Rusiya etibarlı müttəfiq deyil"

Rusiya ilə birgə hava hücumundan müdafiə sistemi haqda sənəd Ermənistan parlamentinin növbədənkənar sessiyasının gündəliyinə salınmayıb.

Hakim Respublikaçılar Partiyası sənədin nə vaxt müzakirəyə çıxarılacağını açıqlamır.

Sözügedən ikitərəfli müqavilənin artıq yaxın həftələrdə Rusiyanın Dövlət Dumasında səsverməyə çıxarılacağı gözlənilir.

Hakim partiyanın parlament fraksiyasının rəhbəri Vahram Baghdasaryan bunda qeyri-adi bir şey görmür. O deyir ki, Ermənistan sənədi lazım bildiyi zaman ratifikasiya edəcək.

Parlamentin müxalifətdən olan deputatı Zarui Postanjiansa əmindir ki, müqavilə o zaman parlamentin gündəliyinə çıxarılacaq ki, hakim partiya Rusiyadan əmr almış olsun. "Aydındır ki, Rusiyanın bu məsələdə istəyi tam deyil, elə ona görə də tələskənlik nümayiş olunmur," deyə o bildirib.

Digər müxalifət deputatı Khachatur Kokobelyansa ümid edir ki, Ermənistan bu sənədi ratifikasiya etməyəcək. Onun sözlərinə görə, hətta hakim dairələrdə belə bu sazişin təhlükəli olduğu barədə danışılır.

Elə bu gün onlarla vətəndaş parlament binasının qarşısında Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına dair sazişə qarşı etiraz aksiyası keçiriblər. Əllərində üzərində "Nə havamızı, nə də torpağımızı verəcəyik", "növbəti xəyanətkar addım" sözləri yazılmış şüarlartutaraq deputatlardan sazişi təsdiq etməməyi tələb ediblər.

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

"Saziş "Birləşmiş sistemin yaradılmasına dair" adlansa da, əslində Ermənistan ərazisi ayrıca region kimi Rusiyanın Cənubi Qafqaz hərbi dairəsinin səlahiyyət zonasına daxil edilib. Yəni bu sazişlə biz başqa bir dövlətin silahlı qüvvələrinin tabeçiliyində fəaliyyət göstərən alt komponentə çevrilmiş oluruq. Bu bizim silahlı qüvvələrmizin idarə edilməsinə və bizim suverenliyimizə birbaşa təhdiddir," - müxalif "Yeni Ermənistan" hərəkatının üzvü Varujan Avetisyan deyib. Avetisyan əvvəllər bir neçə il ölkənin Müdafiə Nazirliyinə işləyib və hava hücumundan müdafiənin xüsusiyyətlərinə bələddir.

Müxalifətçi əmindir ki, Moskvadan asılılıq o qədər böyükdür ki, əməkdaşlıqdan söhbət belə gedə bilməz. "Ermənistanın siyasi rəhbərliyi sadəcə olaraq, marionetkadır və hər hansı bir müstəqil addım atmağa qətiyyən cürət etməz. Hətta bu həyati milli təhlükəsizlik maraqlarına toxunsa belə," deyə o qeyd edib.

Kinorejissor Tiqran Xzmalyan hesab edir ki, suverenlikdən danışmaq belə artıqdır. O qeyd edib ki, Ermənistan Rusiyanın "quberniyasına" çevrilib. "Bizə ən bahalı qazı, ən bahalı elektriki, ən bahalı kreditləri və müharibəni verdilər. Biz güzəştə gedilə biləcək hər şeyi güzəştə getmişik. Bu, simvolik son damlalardan biridir. Bu o deməkdir ki, biz təkcə evimizi, əmlakımızı, uşaqlarımızın gələcəyini güzəştə getmirik, həm də sakitcə onların necə əldən getdiyinə tamaşa edirik," o deyib.

"Milli Müqəddərat Birliyi"nin lideri Paruyr Hayrikyan da narazıdır. O deyir ki, heç olmasa aprel hadisələrindən sonra nəticə çıxarmaq lazım idi ki, Rusiya etibarlı müttəfiq deyil. "Əgər sən bundan sonra da Rusiya ilə münasibətləri saxlayırsansa, üstəlik onun xoş niyyətinə inanmaqda davam edirsənsə deməli sənin başına gələnlər elə sənin öz problemlərindir. ...Sən öz səfehliyinin nəticələrindən "bəhrələnməlisən"", deyə Hayrikyan bildirib.

Etirazçılar məsələnin iclasın gündəliyinə salınmadığını öyrənəndən sonra dağılışıblar.

Bu ayın əvvəlində parlamentin xarici əlaqələr üzrə daimi komissiyası Rusiya ilə birgə HHM sisteminin yaradılması barədə müqaviləni müzakirə edərək ona müsbət rəy verib və onu ratifikasiya üçün parlamentin müzakirəsinə göndərib.

Buna da bax: Rusiya Ermənistandan uzaqlaşır, yoxsa...?

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya Ermənistandan uzaqlaşır, yoxsa...?