Rubio: 'Ankoricdə Ukrayna barədə Rusiya ilə razılaşma olmayıb'

Marko Rubio

Keçən ilin avqustunda Alyaskada keçirilən sammitdə ABŞ və Rusiya arasında Ukraynaya dair heç bir razılaşma əldə olunmayıb. Bunu Yaxın Şərq turnesini başa vuran ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

Rubionun sözlərinə görə, ABŞ və Rusiya prezidentlərinin Ankoricdəki görüşündə müharibənin dayandırılması ilə bağlı "təklif" müzakirə olunsa da, heç bir razılığa gəlinməyib.

Dövlət katibi həmin təklifin detallarını açıqlamayıb.

Son vaxtlar Rusiya rəsmiləri ABŞ rəhbərliyini Ankorac anlaşmalarını yerinə yetirməməkdə tez-tez ittiham edirlər.

Moskva anlaşmaların məzmununu açıqlamasa da, Ukrayna ordusunun Donetsk vilayətindən çıxmasının bu planın bir hissəsi olduğuna işarə edir. Kiyev etiraz edir, Vaşinqton isə Rusiya ilə bu barədə razılaşdığını təsdiqləmir.