SOCAR-a prezident təyin edildi

Rövşən Nəcəf

Rövşən Nəcəf Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev iyulun 21-də sərəncam imzalayıb.

Digər sərəncamla o, SOCAR-ın I vitse-prezidenti vəzifəsindən azad olunub.

Fevralın 10-da R.Nəcəf SOCAR-ın Birinci vitse-prezidenti təyin edilmişdi. O, bu müddətdə şirkətin prezidenti vəzifəsini də icra edirdi.

Bundan əvvəl isə R.Nəcəf İqtisadiyyat nazirinin birinci müavini idi.

+++

SOCAR-ın yeni təyin edilən prezidenti R.Nəcəfin 41 yaşı var.

O, 2003-2007-ci illərdə Azərbaycan İqtisadiyyat Nazirliyində çalışıb, 2008-2009-cu illərdə SOCAR-ın İnvestisiya Departamentinin investisiya müqavilələri şöbəsinin rəisi olub. 2010-2018-ci illərdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə rəhbərlik edib, 2019-cu ildə Azərbaycan Maliyyə Monitorinqi Xidmətinə rəhbərlik edib.