Roma papası Milad xütbəsində İsrail-Fələstin münaqişəsindən danışıb

Roma papası müqəddəs Pyotr meydanına toplaşmı ş möminlərə xütbə oxuyur

Roma papası Francis dekabrın 25-də özünün ənənəvi Milad xütbəsində İsrail-Fələstin münaqişəsinə dinc danışıqlar əsasında və “iki dövlət” prinsipi ilə həll tapılmasına çağırıb.

Francis özünün “Urbi et Orbi” (Şəhərə və Dünyaya) adlı niqtinqdə Yaxın Şərqdəki münaqişələrdən söz açıb.

Papa deyib: “Gəlin dua edək ki, tərəflər arasında dialoq bərpa olunsun və iki xalqın iki dövlət prinsipi əsasında, qarşılıqlı şəkildə razılaşdırılmış və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər daxilindədinc yanaşı yaşaması mümkün olsun”.

Francis çıxışında deyib ki, “bügunkü İsrail-Fələstin gərginliyində əzab çəkən uşaqların çöhrəsində İsa görünür”.

Roma papası, ABŞ prezidenti Donald Trump dekabrın 6-da Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edəndən bəri bu şəhər haqqında ikinci bəyanatını verir.

Roma papası Francis birinci bəyanatında Yerusəlimin status-quo-sunun saxlanmasının mühümlüyünü dilə gətirmişdi.

Fələstinlilər Şərqi Yerusəlimi özlərinin gələcək dövlətlərinin paytaxrtı kimi görürlər. İsrail isə Yerusəlimi ilhaq etdikdən sonra şəhəri özünün “əbədi və bölüməz” paytaxtı elan edib.

Dünyada 1, 2 milyard katolikin müqəddəs ata saydığı Roma papası möminləri müharibədən əzab çəkən müdafiəsiz körpələrin üzündə İsanı görməyə çağırırıb.

Roma papası habelə “Donbasda sülhün bərqarar olunması üçün dua etməyə çağırıb”.

Francis habelə Koreya yarımadasında qarşıdurmanın sona çatması üçün dua edib.

Roma papası Suriyada yaranmış vəziyyəti tənqid edib. O habelə deyib ki, İraq son 15 ildə müharibə ilə “parçalanlıb və yaralanıb”.

Papa kimi özünün beşinci Miladını qarşılayan müqəddəs ata deyib ki, o İsanın çöhrəsini özünün Birma və Banqladeşə səfərləri zamanı iztirab çəkənlərin üzündə görüb.

Buddist ölkə olan Birmada 600 rohinca müsəlmanı didərgin düşüb.