Rəsmilər karantin yerinə baş çəkiblər

Elçin Quliyev və Kamalləddin Heydərov (sol) , 29 mart 2020

Bu gün, martın 29-da Dövlət Sərhəd Xidməti­nin rəisi Elçin Quliyev və Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə Azərbaycana gəldikdən sonra sanitar-karantin təd­birlə­rinə cəlb olun­muş vətəndaşlarla görüşüblər.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda yazılıb ki, vətəndaşların karantində qalma şəraitləri və qidalanma və­­ziy­yətinə baxış keçirilib: “ Üzləşdikləri problemlərlə maraqla­nıl­ıb, xahiş və mü­ra­ciətləri dinlənilib, qaldırılan mə­sələlərin qısa müddətdə öz həllini tapması üçün təd­birlər görül­üb”

Karantin, 29 mart 2020

Məlumatda vurğulanır ki, habelə karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrıl­mış yer­lə­r və ora­dakı şərait öyrənilib:

“Vətəndaşların və şəx­si heyətin... sağlamlıqlarının qorun­ması üçün gö­rül­müş işlər nəzərdən keçirilib, zəruri göstə­rişlər veril­ib.

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim təd­bir­­­ləri­nin təşkili və­ziy­yəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təx­liyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyə­tin yük­sək səviyyədə təşkil olunması qeyd edilib və bu istiqamətdə ai­diy­yəti dövlət or­qan­larının əməkdaşlığının daha da təkmilləş­diril­məsi üzrə müvafiq tapşırıqlar ve­ril­­ib”

Son günlər sosial şəbəkələrdə Rusiyadan Azərbaycana gəldikdən sonra karantinə alınan şəxslərin narazılığına aid müxtəlif vidiolar yayılıb. Həmin vidolarda Azərbaycan ərazisində qurulan cadırlarda həm sanitar qaydalara rəiyyət edilmədiyi, həm də şəraitin ağır oldyuğu iddia edilirdi.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 32 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Azərbaycanda indiyə qədər rəsmi şəkildə 182 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan bəzilərinin sağalıb evlərinə buraxıldığı, 4 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı 3 mindən çox şəxsin karantində saxlandığı açıqlanıb.
Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.Bu gün, martın 29-dan xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb.Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərir.