Bütün günahlar onun adına yazıldı: Bəs Ramiz Mehdiyev əslində niyə azadlıqda qaldı?
Sizin brauzer HTML5-i dəstəkləmir
"Boz kardinal" Ramiz Mehdiyevin 14 illik şərti cəza alması və əmlakının müsadirə edilməsi rəsmi ittihamlardan daha çox hakimiyyətdaxili güc balansının dəyişməsindən xəbər verir. Onillərlə sistemin əsas ideoloqu olan və rəsmi mediada "Rusiyanın 5-ci kolonu" kimi təqdim edilən bir fiqurun real həbsdən yayınması cəmiyyətdə ciddi suallar doğurub. Bu qərar, əslində, sistemin struktur problemlərini tək bir şəxsə yükləyərək "günah keçisi" yaratmaq və eyni zamanda köhnə qvardiya ilə klanlararası pərdəarxası kompromis əldə etmək strategiyasının nəticəsidir.