'Ramiz Mehdiyev işi'ndə qaranlıq qalanlar nə oldu?
Sizin brauzer HTML5-i dəstəkləmir
Videoda "xarici xüsusi xidmət orqanları" ifadəsi tez-tez işlədilir, lakin söhbətin konkret hansı ölkədən getdiyi açıqlanmır. İstintaq mərhələsində bu məlumatın gizli saxlanılması qanunla mümkün olsa da, hüquqşünaslar bildirir ki, bu ifadənin ittihamı gücləndirən əsas arqument kimi təqdim edilməsi ictimai rəyə təsirsiz ötüşmür.