AzadlıqRadiosu 60 illiyini qeyd edir
AzadlıqRadiosunun əməkdaşları Viktoriya Semenova (mərkəzdə) və Michael Koryakov bəstəkar Vladimir Duke-dən müsahibə alarkən. Münhen, 1955.
AzadlıqRadiosunun yayıma nəzarət otağı. Münhen, 1964-cü il.
1953-cü ildə Münhendə radionun ilk dəfə yerləşdiyi bina.
1950-ci illərdə AzadlıqRadiosunun teletayp-da işləyən əməkdaşı.
1950-ci illərin sonu. ABŞ-ın keçmiş Birinci xanımı və insan haqları fəalı Eleanor Roosevelt AzadlıqRadiosuna müsahibə verərkən.
1950-ci illər. AzadlıqRadiosunun əməkdaşı Valerian Obolensky.
AzadlıqRadiosunun Texniki Şöbəsinin müdiri Richard Jewel Tanksley (solda) hansısa qonaqlara yayımlara nəzarət otağını göstərir. Münhen, 1964-cü il.
AzadlıqRadiosunun redaktoru Francis Ronald ABŞ-ın vətəndaş haqları lideri Martin Luther King-dən ABŞ-da irqi vbərabərlik mövzusunda müsahibə alır. 1966-cı il.
1976-cı il. Azadlıq və Azad Avropa bir radio kimi birləşib. Radionun Münhendəki İngilis Bağı adlanan yerdəki ofisi.
AzadlıqRadiosunun yayıma nəzarət otağı, Münhen, 1980-ci illər.
AzadlıqRadiosunun Çex Respublikasının paytaxtı Praqada Baş ofisinin yerləşdiyi bina.