Azərbaycanda bu ilin may ayında mədənçıxarma sənayesində 317.4 kiloqram qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 19.7 kiloqram çoxdur.
AZƏRTAC-ın xəbərinə görə, ölkədə iyunun 1-nə olan vəziyyətə əsasən, 319.6 kiloqram hazır qızıl ehtiyatı var.