Qışa hazır olmayan avtomobillər yola buraxılmayacaq

Foto: arxiv

Texniki cəhətdən qış mövsümünə hazır olmayan avtomobillərin istismarı qadağan ediləcək.

Bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev “Report”a məlumat verib.

Buna da bax: Birinci qarın gətirdiyi problemlər [Video]

Kamran Əliyev deyib ki, avtomobil şinləri protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir. Şinləri normalara cavab verməyən nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq.

“Bütün nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Əsasən qış üçün təkər və işıq faraları uyğun hala gətirməli, silgəclərin vəziyyəti yoxlanılmalı, avtomobildə zəncir və dartı kəndiri olmalıdır. Dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaq tövsiyə olunur”.