Hökumət insanlara cümə namazı qılmağa şərait yaradacaq

►Nahar fasiləsi 2 saat olacaq

Qırğızıstan parlamenti cümə günləri ölkədə nahar fasiləsinin 2 saata qaldırılması barədə qanun layihəsini müzakirə edəcək.

Məqsəd dindarlara cümə namazı üçün kifayət qədər vaxt verməkdir.

Qanun layihəsinin müəllifləri bildirirlər ki, hazırda Qırğızıstan əhalisinin 85%-ni müsəlmanlar təşkil edir.

Ölkənin əksər hissəsində nahar fasiləsi bir saat çəkdiyindən dindar müsəlmanlar cümə namazını qıla bilmək üçün işə gecikməli olurlar.

Əgər bu qanun layihəsi təsdiq olunarsa cümə günləri ölkədə nahar fasiləsi günorta saat 12-dən 2-dək davam edəcək.

Deputatlar deyirlər ki, bu qanun təcili xidmətlərə, bəzi dövlət idarələrinə və tədris müəssisələrinə aid deyil.

Qırğızıstanda hər həftə cümə namazında 200000 insan iştirak edir. Bu barədə ötən yay ölkənin baş müftisinin müavini Zamir Rakiyev xəbər verib.

O həmçinin deyib ki, ölkədə 2000-dən çox məscid fəaliyyət göstərir.

Buna da bax: Quran kurslarında qızlar nə öyrənir?

Həmçinin dinlə: Əcnəbilər nədən Şah İsmayıla «qoçqapan» və «vunderkind» deyiblər? ("İz" proqramı)

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________