Qərb Bakı ilə müqavilələrdən 'demokratiya'nı niyə çıxardı?

Sizin brauzer HTML5-i dəstəkləmir

Qərbin Cənubi Qafqazdakı iki qonşu ölkəyə yanaşması getdikcə daha çox fərqlənir. Böyük Britaniya və ABŞ-nin Ermənistanla imzaladığı strateji sənədlərdə insan hüquqları, qanunun aliliyi və müstəqil media əsas şərt kimi irəli sürüldüyü halda, Azərbaycanla bağlanan oxşar müqavilələrdə "demokratiya" sözünə belə rast gəlinmir. Bəs Qərbin Bakı və Yerevana qarşı bu ikili yanaşmasının arxasında hansı maraqlar dayanır?