"Qəbələ" - "Mayns": 2-3

"Qəbələ" futbol klubu

Sentyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qəbələ" Bakıda Almaniyanın "Mayns" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyuna qonaqlar fəal başlayıblar - 41-ci dəqiqədə Muto fərqlənib.

İkinci hissə daha məhsuldar keçib. Əvvəlcə 57-ci dəqiqədə Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib. 5 dəqiqə sonra Sergey Zenyev "Qəbələ"ni önə keçirib. Lakin 68-ci dəqiqədə Con Kordoba hesaba tarazlıq gətirib.

Matçda son nöqtəni də qonaqlar qoyub. 78-ci dəqiqədə Öztunali Levin "Qəbələ"ni məyus edib - 2:3.

"Qəbələ" ilk oyununda səfərdə Belçikanın "Anderlext" klubuna 1:3 hesabı ilə məğlub olmuşdu.