Qaxda Kürmük məbədinə giriş niyə bağlandı? — Tədqiqatçı: 'Gürcüstana təzyiq vasitəsi ola bilər'
Sizin brauzer HTML5-i dəstəkləmir
Noyabrın 23-də Qaxda Müqəddəs Georgi bayramı münasibətilə Kürmük məbədini ziyarətə gələn pravoslav dindarların qarşısını polis alıb. İldə cəmi iki dəfə ziyarətə açılan məbədə girişin arxeoloji qazıntılara görə məhdudlaşdırıldığı bildirilsə də, bu addımın arxasında siyasi səbəblərin dayandığını ehtimal edənlər də var.