“Qarabağ”- “Kopenhagen” oyununa böyük maraq var

Arxivdən: Qarabağ - Zalsburq (2014)

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ”-“Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri bu gün, avqustun 12-si satışa çıxarılıb.

Azarkeşlər biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə bilirlər. Verilən xəbərlərə görə, kassaların qarşısında növbələr yaranıb. Futbol azarkeşləri sonradan oyuna bilet tapmayacaqlarından narahatdırlar.

“Biletlərin qiyməti sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manatdır”.

Buna da bax: Danimarka mətbuatı 'Qarabağ'dan nə yazır?

Bir nəfərə 2-dən artıq bilet satılmır. Bu, bletlərin “qara bazar”a çıxmasına yol verməmək məqsədi ilə görülən tədbir kimi ziah edilib.

Avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.

“Qarabağ” komandası UEFA Çempionlar Liqasının II və III təsnifat mərhələsində Gürcüstanın “Samtredia” və ardınca Moldovanın “Şerif” komandlarına qalib gəlib. Bununla “Qarabağ” klubu Azərbaycan tarixində ilk dəfə bu çempionatın play-off mərhələsinə yüksəlib.​

​Buna da bax: Qurban Qurbanov "şansımız var" deyir