'Qarabağ boyda dərdimiz var' deyənlər xalqı torpaqsız qoydu... 1 nəfər 8 nəfəri necə dolandırsın?
Sizin brauzer HTML5-i dəstəkləmir
Ağır dolanışıq şərtləri, kənd təsərrüfatından təcrid olunma və 3 illik sosial müavinət limitinin başa çatması Qarabağa köçürülən əhalini çarəsiz qoyaraq yenidən paytaxt Bakıya üz tutmağa məcbur edir. Bütün bunların fonunda hökumət bölgədə informasiya blokadası tətbiq edir; problemləri dilə gətirən sakinləri təzyiqlərlə susdurmağa və real çətinlikləri siyasi imic reklamının kölgəsində gizlətməyə çalışır.