Qarabağ veteranı: 'Ya əlilliyimi bərpa edin, ya da sağlamlığımı...'

Sizin brauzer HTML5-i dəstəkləmir

2020-ci ildə Qarabağ savaşında yaralananların bəzilərinə 5 illik, müddətli əlillik dərəcələri təyin edilib. 5 ili başa çatanlar yenidən tibbi yoxlamalardan keçirilir. Son zamanlar sosial mediada xeyli şəxs əlillik dərəcələrinin ləğvindən şikayət edir. Əlilliyin dəqiq müayinə aparılmadan qanunsuz şəkildə, sırf dövlət büdcəsinə qənaət məqsədilə dayandırıldığını bildirirlər.