Qarabağda tikintidə 'ən asan metod': qruntu çıxar, pulu sil
Sizin brauzer HTML5-i dəstəkləmir
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Qarabağda aparılan tikinti işlərində ciddi yeyintilər aşkarlandığını bildirib. Sədrin sözlərinə görə, bəzi podratçılar ehtiyac olmadığı halda sənədlərdə qazılan torpağın (qruntun) və yerinə doldurulan qum-çınqılın həcmini süni şəkildə artırırlar. Beləliklə, görülməyən işə görə dövlət büdcəsindən artıq pul mənimsənilir.