Qarabağa qayıtdığına peşman olan Aytac: 'Mənə vətən xaini deyirlər'

Sizin brauzer HTML5-i dəstəkləmir

Bir ilə yaxındır Qarabağa qayıdan Aytac Əmircanlı oradakı işsizlikdən və həyat şəraitindən gileylənir. Ağdərənin Vəngli kəndinə köçürülən müsahibimiz deyir ki, 10 aydır məşğulluq idarəsində qeydiyyatdan keçsələr də, dolanışıq üçün mal-heyvan hələ də verilməyib: "Qaçqınlarımız, məcburi köçkünlərimiz — hamısı işsizdir. Əksəriyyəti artıq evinin qapısını bağlayıb Bakıya gedir... Hamı da qınayır ki, qaçqın köçüb orada yaşamaq istəmir. Başa düşmürlər. Mən orada yemək-çörək tapmıramsa, nə etməliyəm?".