Qarabağ Kopenhagen klubuna 1-0 hesabı ilə qalib gəldi

Bu gün UEFA Çempionlar liqasının növbəti play-off mərhələsində Azərbaycanın Qarabağ klubu Danimarkanın Copenhagen klubuna 1-0 hesabı ilə qalib gəlib.

Tofiq Bəhramov adına stadionda keçirilən oyuna 6 dəqiqə vaxt əlavə edilmişdi.

Yeganə qolu 25-ci dəqiqədə M. Mədətov vurub.

Bu iki komanda arasında qoşa matçdan birincisi idi.

Qarabağ klubunun baş məşqçisi Qurban Qurbanov bu matçdan əvvəl AzadlıqRadiosuna demişdi ki, əsas vəzifə qalib gəlmək və top buraxmamaqdır.

Beləliklə, Qurbanovun komandası qoyulan vəzifənin öhdəsindən gəlib.

İkinci oyun avqustun 23-də Danimarkada keçiriləcək.