Ermənilərin reinteqrasiyası proqramı arxivə göndərildi?
Sizin brauzer HTML5-i dəstəkləmir
Rəsmi rəqəmlərə görə, artıq 26 mindən çox Qarabağ ermənisi Ermənistan vətəndaşlığı alıb. Yerevanda siyasi şərhçi Ruben Mehrabyan düşünür ki, artıq onların Azərbaycan cəmiyyətinə inteqrasiyası hər iki tərəf üçün aktual deyil: "Həm Ermənistanın, həm də Azərbaycanın artıq başqa prioritetləri var. ABŞ-nin ciddi şəkildə cəlb olunduğu 8 avqust tarixindən sonrakı proses və mərhələlərdə, ümumiyyətlə, Qarabağ erməniləri və reinteqrasiya məsələsi barədə danışılmır".