Pensiyası kəsilən müharibə əlili: 'Ayağım qatlanmır, həkim buna necə imtina verə bilər?'
Sizin brauzer HTML5-i dəstəkləmir
İkinci Qarabağ müharibəsinin iştirakçısı olan 28 yaşlı Qəhrəman Şükürlü əlilliyə görə aldığı pensiyasının kəsildiyini deyir. O, müharibənin ilk günlərindən döyüşə getdiyini, dizindən aldığı güllə yarasından sonra isə bir müddət xəstəxanada yatdığını danışır.
2021-ci ildən ona III dərəcəli əlilliyə görə beşillik pensiya təyin olunub. Amma bu il təkrar yoxlamalar aparıldıqdan sonra ona əlilliyə görə təqaüdünün kəsildiyi cavabı gəlib.