Qara siyahıya salınan türkiyəli deputat: 'Əliyevi tənqid etməmək mümkündürmü?'

Sizin brauzer HTML5-i dəstəkləmir

Rəsmi Bakı Azərbaycan hakimiyyətini hicab qərarına görə tənqid edən 31 Türkiyə vətəndaşının ölkəyə girişinə qadağa qoyub. "Arzuolunmaz şəxslər" siyahısına salınan deputat Ömer Faruk Gergerlioğlu bu addımı söz azadlığının boğulması adlandırıb. İki ölkə arasındakı gərginlik fonunda Ərdoğan Əliyevə zəng edib.