İnsan alverində suçlanan qadınların üzünü göstərmək olarmı
Sizin brauzer HTML5-i dəstəkləmir
Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin paylaşdığı videoda iki qadın bu əməldə təqsirkar kimi təqdim olundu. Paylaşılan "etiraf videosu"nda onların adları çəkilməsə də, üzləri açıq şəkildə göstərilir. Bu isə sosial şəbəkələrdə həmin qadınlara qarşı küçə söyüşləri də daxil olmaqla, ağır və təhqiredici ifadələrin yayılmasına səbəb olub.