Qadın sürücülər daha çox qəza törədir?
Sizin brauzer HTML5-i dəstəkləmir
Bir ildir avtomobil sürən Gülnar Süleymanova deyir ki, heç vaxt qəza şəraiti yaratmayıb. Amma bir hadisə olanda insanlar hadisənin özündən çox, onu kimin törətməsi ilə maraqlanırlar: "Mən bugünə qədər xəbər saytlarında və ya sosial şəbəkələrdə "Kişi sürücü qəza törətdi" başlığı ilə xəbərə, demək olar ki, rast gəlməmişəm. Bu da oxucuda şüuraltı olaraq belə bir fikir yarada bilər ki, qəzanın səbəbi qadının sükan arxasında olmasıdır. Sanki qadın sürücü olmasaydı, həmin qəza baş verməyəcəkdi".