Bir həftədə üç qadın qətli: 'Femisid ayrıca cinayət sayılmalıdır'
Sizin brauzer HTML5-i dəstəkləmir
24 yaşlı Fatimə Rəhmanzadənin küçədə əri tərəfindən bıçaqlanması ölkədə qadın qətllərinin (femisid) acınacaqlı statistikasını yenidən gündəmə gətirib. "Gender&Media Watch" təşəbbüsü qadınları qorumaq üçün femisidin ayrıca cinayət növü kimi tanınmasını tələb edir. Bu təklifin Milli Məclisdə müzakirə olunması üçün artıq Ombudsmana rəsmi müraciət kampaniyasına start verilib.