Qarabağda 25.5 milyard manat hara gedib? – 'Şəffaflıq problemi var'

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 25.5 milyard manat ayırsa da, bu vəsaitin detallı xərclənmə hesabatı ictimaiyyətə açıqlanmır. Rəsmi qurumlar milyardları yalnız ümumi istiqamətlər üzrə təqdim edir, iqtisadçılar isə layihələrdə şəffaflıq probleminin olduğunu bildirirlər. Hökumət təmsilçiləri isə korrupsiya iddialarını rədd edərək, görülən işlərə dövlət tərəfindən tam nəzarət olunduğunu vurğulayırlar.