Kreml bildirir ki, Rusiya Prezidenti Vladimir Putin iş qrafikinə görə sonuncu sovet lideri Mixail Qorbaçovun dəfninə getməyəcək.
Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 1-də Moskvada jurnalistlərə deyib ki, Qorbaçov üçün tam dövlət dəfn xidməti təşkil olunmayacaq, ancaq fəxri qarovul, bu mərasimə xas digər elementlər olacaq.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qorbaçov 1988-ci ildə Ermənistanda Qarabağ haqqında bunları demişdi
Mərasim “İttifaqlar evi”ndə olacaq
Onun sözlərinə görə, Putin bu gün daha öncə Mərkəzi Klinik Xəstəxanaya gedərək Qorbaçovla vidalaşıb.
Soyuq Müharibənin başa çatmasına kömək etmiş Qorbaçov avqustun 30-da uzunmüddətli xəstəlikdən 91 yaşında dünyasını dəyişib.
“Təəssüf ki, prezidentin iş qrafiki ona sentyabrın 3-də dəfn mərasimində iştirakına icazə verməyəcək”, – Peskov deyib.
Qorbaçovun qızı İrina Vurqanskaya dəfnin sentyabrın 3-də tarixi “İttifaqlar evi”ndə keçiriləcəyini deyib. Nikita Xruşşov istisna olmaqla keçmiş sovet liderləri ilə vida mərasimi həmin evdə keçiriləcək.
Buna da bax:
Azərbaycanda Qorbaçovu belə xatırlayırlar…Soyuq münasibət
Putinin dəfnə qatılmamaq qərarı Kremlin Qorbaçova münasibətinin soyuqluğunu göstərir. Qərbdə isə Qorbaçov qlasnost (aşkarlıq) və perestroyka (yenidənqurma) adı altında siyasi və iqtisadi dəyişikliklərə görə rəğbətlə yad edilir. Məhz həmin islahatlar Berlin divarının uçulması, Almaniyanın yenidən birləşməsi, sonucda Sovet İttifaqının dağılmasıyla nəticələnib.
Qorbaçovla münasibətləri gərgin olan Putin Sovet İttifaqının dağılmasınmı “20-ci əsrin ən böyük geosiyasi fəlakəti” adlandırıb.
Buna da bax:
Qorbaçovun dalınca danışılanlarKeçmiş lider isə Putini demokratik islahatları yubatması, repressiyanı bərpa etdiyinə görə ehtiyatla tənqid edib.
Qorbaçov Fondu bildirir ki, keçmiş siyasətçi ilə vidalaşmaq istəyənlər "İttifaqlar evi"ndə mərasimə qatıla bilərlər.
O, 1999-cu ildə vəfat etmiş həyat yoldaşı Raisa Qorbaçovanın yanında dəfn olunacaq.