Putin əslində Qafqazda nə planlayıb? – Hitlerin planı ilə paralellər

Sizin brauzer HTML5-i dəstəkləmir

Mayın 13-də Dövlət Duması xaricdəki Rusiya vətəndaşlarını qorumaq məqsədilə Rusiya Silahlı Qüvvələrinin ölkə hüdudlarından kənarda — "ekstraterritorial" istifadəsinə icazə verən qanun layihəsini təsdiqləyib. Siyasi təhlilçilər Moskvanın bu addımı ilə nasist Almaniyasının 1938-ci ildə Çexoslovakiyanın Sudet bölgəsini işğal etməsinə gətirdiyi bəhanələr arasında birbaşa tarixi paralellər aparırlar: Adolf Hitler də həmin dövrdə təcavüzkar siyasətinə məhz "həmvətənləri qorumaq" şüarı altında haqq qazandırmışdı...